İŞİD darmadağın oldu
Bizi izləyin

Dünya

İŞİD darmadağın oldu

İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.

Publika.az-ın məlumatına görə, Ənbar əməliyyat komandiri general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə yaralanıb. Bundan başqa, “İŞİD”ə aid 5 hərbi vasitənin yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3 əsgərinin yaralandığını bildirilir.

Qeyd edək ki, bir müddətdir İraqda silsilə vəhşiliklər həyata keçirən “İŞİD”ə aid silahlı qruplaşmalar Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini, bundan başqa Ənbar, Əl-Qaim, Ravə, Aneh, Ratbə və Hadisə kəndlərini ələ keçirib. Qarşıdurmalar səbəbilə təxminən 1 milyon vətəndaş köç etmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif yerlərində “İŞİD” ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. İraq ordusu “İŞİD”ə aid silahlı qruplaşmaların nəzarətində olan bölgələrə hava hücumları təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm