53 terrorçu məhv edildi
Bizi izləyin

Dünya

53 terrorçu məhv edildi

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında hərbi bazaya hücum edərək “Boko Haram” terror qruplaşmasının 53 üzvünü məhv edib.

ANS PRESS-in məlumatına görə, “Boko Haram” silahlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər.

Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının üzvləri təhsilin qərb modelinə qarşıdırlar və Nigeriyada hökuməti devirərək ölkədə şəriət dövləti yaratmaq istəyirlər. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm