İŞİD-lə türkman tayfalar arasında qanlı savaş başladı
Bizi izləyin

Dünya

İŞİD-lə türkman tayfalar arasında qanlı savaş başladı

İraqın Təlafer şəhərində "İraq Şam İslam Dövləti" terror təşkilatı ilə sünni türkman tayfalar arasında yeni qarşıdurmaların baş verdiyi bildirilir.

Axar.az xəbər verir ki, türkmanların tayfa lideri Heydər Əli Çolak açıqlamasında İŞİD-in beyət çağırışlarına müsbət cavab vermədikləri üçün hər iki tərəf arasında qanlı döyüş başladığını söyləyib. Hər iki tərəfdən çoxlu sayda ölü və yaralıların olduğu qeyd edilir.

Çolak yaşanan qarşıdurmalar səbəbindən onlarla türkman ailəsinin evlərini tərk edərək bölgədən qaçdığını və boşaldılan evlərin də soyğuna məruz qaldığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm