15 yaşlı uşaq İsrail-ABŞ qalmaqalı yaratdı
Bizi izləyin

Dünya

15 yaşlı uşaq İsrail-ABŞ qalmaqalı yaratdı

Amerika vətəndaşı İsrail asayiş qoruyucuları tərəfindən saxlanılıb. Publika.az-ın məlumatına görə, Qüdsdə baş verən qarşıdurmalarda Florida ştatının Tariq Hideyr adlı 15 yaşlı sakini əmisi oğlu Mühamməd Abu-Hideyranın öldürülməsinə qarşı çıxıb.

Çox keçmədən ABŞ Dövlət Departamentindən məsələ ilə bağlı açıqlama verilib. “Biz Amerika vətəndaşı olan Tarik Hdayrinin Qüdsdə tutulması faktını təsdiqləyirik. Bu gün onu ABŞ konsulunun nümayəndəsi ziyarət edib” deyə ABŞ Dövlət Departamentin sözcüsü Psaki keçirilən mətbuat konfransında bildirib.

Psakinin sözlərinə görə, ABŞ “ən ciddi şəkildə həddindən artıq güc istifadə edilməsini qınayır və tez bir zamanda ittihamın şəffaf , etibarlı şəkildə istintaqını tələb edir”. .Amerika-Müsəlman Əlaqələri Birliyi dövlət departamentindən amerikalı yeniyetmənin tez bir zamanda azadlığa buraxılması üçün əlindən gələni əsirgəməməsini tələb edib.

Bu arada ehtimalla məhz Tariq olduğu bildirilən bir uşağın tutlan zaman 3 israil polisi tərəfindən vəhşicəsinə döyülmə kadrları yayılıb. Bu iki ölkə arasında yaşanacaq yeni qalmaqalı istisna etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm