Prezident: Rusiya ilə müharibəyə hazırlaşıram
Bizi izləyin

Dünya

Prezident: Rusiya ilə müharibəyə hazırlaşıram

Rusiyanın hücum etmək təhlükəsi var və mən müharibəyə hazırlaşıram”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Estoniya Prezidenti Tomas Hendrik İlves çıxış edib.

O, rus ordusunun son bir neçə il ərzində xeyli dəyişdiyini deyib:

“Rus ordusu son illər ərzində xeyli dəyişib. O, Gürcüstan müharibəsində dərsini götürdü və indi daha cəld hərəkət edir. Rusiyada tez-tez hərbi təlimlər keçirilir və indi Moskva qoşunlarını daha müasir silahlarla təhciz edir. Ona görə Baltik ölkələrinin düşüncələrini dəyişmək zamanı çatıb. Hazırda bizim orduda peşəkarların sayı çox azdır. Bu Latviya və İsveçə də aiddir. Yeni ehtiyat hazırlamaq lazımdır. Biz, finlər və yunanlar hələlik Avropada sonuncu ölkələrik ki, ordu məcburidir. Nəzəri olaraq 30000 əsgər səfərbər edə bilərik. Profesionallığa gəlincə isə bir nəfər belə tapmarıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm