Donetskdəki terrorçuların lideri: “Putin bizə xəyanət etdi”
Bizi izləyin

Dünya

Donetskdəki terrorçuların lideri: “Putin bizə xəyanət etdi”

Qondarma “Donetsk Xalq Respublikası”nın başçısı Denis Puşilin Rusiya prezidenti V.Putini xəyanətdə ittiham edib.

Hafta.az xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb. Puşilin hesab edir ki, Putin yaraqlıları taleyin ümidinə buraxıb, amma öncə o, Donetsk və Luqansk “Xalq Respublika”larının nümayəndələrini kömək edəcəyinə ümidli etmişdi.

“DXR” başçısı Rusiya prezidentinə rus xalqının müdafiəsi və “Novorossiya” yaradılacağı barədə “gözəl” sözlərini xatırladıb.

Puşulin vurğulayıb ki, bütün bu sözlər elə söz olaraq qalıb: “Yaraqlıların məğlub olmasında günahkar Putindir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm