Fələstin İsrailin cənubuna 150 raket atdı
Bizi izləyin

Dünya

Fələstin İsrailin cənubuna 150 raket atdı

Dünyada baş verən hadisələr fonunda xeyli vaxtdır kölgədə qalmış Yaxın Şərq münaqişəsi yenidən diqqət mərkəzindədir.

ANS TV-nin məlumatına görə, Yaxın Şərqdə 3 israilli gəncin və bir fələstinlinin ölümündən sonra baş qaldıran gərginlik səngimək bilmir.

Ötən gün Qəzza zolağında 10-a yaxın məntəqə İsrail aviasiyası tərəfindən hava zərbələrinə məruz qalıb.

Qarşılıqlı olaraq Qəzzadan İsrailin cənubuna 150-dən çox raket atılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm