Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?
Bizi izləyin

Dünya

Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?

G7 sammitində iştirak etmək məqsədilə İran nemayəndə heyəti Biarris şəhərinə gedib.

Axar.az xəbər verir ki, bu barədə mülki təyyarələrin uçuşlarını izləyən “Flightradar24” məlumat yayıb.

Məlumata görə, İran müməyəndələrinin olduğu təyyarə Biarris aeroportuna enib. Bu aralar həmin aeroport yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edir. “Flightradar24” bildirib ki, enən təyyarə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərifin rəsmi səfərlər zamanı uçduğu təyyarədir.

Qeyd edək ki, cümə günü Parisə səfər edən məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian və Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm