Luqanskda artilleriya atəşi başladı - Son dəqiqə/Foto
Bizi izləyin

Dünya

Luqanskda artilleriya atəşi başladı - Son dəqiqə/Foto

Luqansk vilayətinin üç - Leninsk, Jovtnev və Kamennobrodsk rayonlarında şiddətli döyüşlər gedir, aviasiya zərbələri və artilleriyanın atəş səsləri eşidilir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı şəhər sakinləri sosial şəbəkələrdə paylaşıblar. Bildirilir ki, praktiki olaraq, şəhərlərin əksəriyyətinin nəqliyyat yollarında hərəkət dayanıb, atəş səsləri eşidilir. Yalnız Artyomoski rayonunda nisbi sakitçilikdir.

Sakinlər evlərindən bayıra çıxmamaq bildirişi alıblar. Luqansk şəhər meri Sergey Kravçenko əhalini sakitliyə və mümkün qədər az hərəkət etməyə çağırıb. Qeyd edilir ki, terrorçular ciddi müqavimət göstərir, davamlı atışmalardan qaz və içməli su təchizatında ciddi problemlər yaranıb.

- See more at: http://axar.az/news/23125#ad-image-0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm