Trofimçuk: “Əliyev Moskvanı bir şərtlə seçəcək”
Bizi izləyin

Dünya

Trofimçuk: “Əliyev Moskvanı bir şərtlə seçəcək”

Əgər Moskva Ukraynanın şərqindəki konfliktin həllini və Krımın təhlükəsizliyini təmin etməyi bacarsa, bu, Azərbaycan üçün də impuls olacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Ukraynada Qərbin qazanacağı təqdirdə Qafqaza da gələcəklərini bildirib:

“Prezident İlham Əliyev yalnız Rusiyanın faktiki və real olaraq təkcə iqtisadi sahədə deyil, digər yerlərdə də qələbəsini görəndən sonra Moskvanın mövqeyini qəbul edəcək. Məsələn, əgər Moskva Ukraynanın şərqindəki konfliktin həllini və Krımın təhlükəsizliyini təmin etməyi bacarsa, bu, Azərbaycan üçün də impuls olacaq. Əks halda, Azərbaycanda bundan sonra da Qərblə əməkdaşlığını davam etdirəcək. Əgər Avropa və Qərb Donbasda qələbə qazansa, o zaman Azərbaycan Rusiya üçün tam itiriləcək, Qərb də Qafqazda istədiklərinə nail olacaq. Ona görə də hazırda Rusiyanın situasiyanı öz xeyrinə dəyişməyə şansı var. Doğrudur, mən burada Ukrayna ərazilərinə rus ordularının yeridilməsini nəzərdə tutmuram. Bu yolla Putin qələbə əldə edə bilməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm