Öcalandan sülh üçün 7 tələb – Siyahı
Bizi izləyin

Dünya

Öcalandan sülh üçün 7 tələb – Siyahı

Türkiyə dövləti ilə PKK lideri Abdullah Öcalan arasında davam edən müzakirələrdə təşkilatın silahı yerə qoymasını təmin edəcək ilkin razılaşma əldə olunub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə PKK və Xalqların Demokratik Partiyasındakı (HDP) mənbələr bildirib.

Məlumata görə, çərçivəsi İmralıda həbsxanada olan PKK lideri tərəfindən çəkilən, PKK terror təşkilatı və HDP-in israrla istədiyi 7 tələb üzərində müzakirələr davam edəcək. Tələblərlə bağlı razılaşma əldə olunarsa, PKK-in silahsızlaşdırılmasını nəzərdə tutan təqvim icra olunacaq.

HDP-dən olan millət vəkili Demir Çelik Kandil də daxil olmaqla təşkilatın silahlı qruplarının geri dönməsi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

D.Çelik təşkilatın silahı yerə qoymasını təmin edəcək tələblərin isə aşağıdakıların olduğunu ifadə edib:

- Kürd statusunun tanınması.

-“Terrorla Mübarizə Qanunu”nun ləğv edilməsi.

-“Seçki və siyasi partiyalar qanunu”nun ləğv edilməsi.

-10 faizlik seçki baryerinin ləğv edilməsi.

- Dövlət büdcəsindən siyasi partiyalara yardım göstərilməsi.

-Yerli hakimiyyət orqanlarına administrativ və maliyyə müxtariyyətinin verilməsi.

- Bütün bu prosesə qanuni zəmanətin verilməsi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm