Prezident Administrasiyası: “O villa kürəkənindir”
Bizi izləyin

Dünya

Prezident Administrasiyası: “O villa kürəkənindir”

Abdulla Gülün İstanbulda lüks villa aldığı barədə mətbuatda gedən xəbərlərlə bağlı Prezident Administrasiyası açıqlama vermək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, “Hürriyət”də gedən “Abdullah Gül prezidentlik müddəti bitdikdən sonra bu villada qalacaq” başlıqlı xəbərə Prezident Administrasiyasından reaksiya gəlib.


Açıqlamada belə deyilir: “Bir qəzetdə “Cənab prezidentimizin İstanbulda villa aldığına dair gedən xəbərlər həqiqətəuyğun deyil. Həmin villa cənab prezidentimizin deyil, onun biznesmen kürəkəni Məhmət Sarımərmərə aiddir. Ancaq cənab prezident İstanbula köçsə, həmin villada yaşa bilər”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm