Dünya yeni dövrün astanasında: ABŞ geri çəkilir və...
Bizi izləyin

Dünya

Dünya yeni dövrün astanasında: ABŞ geri çəkilir və...

ABŞ 5400 əsgərini Əfqanıstandan geri çəkəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib.

“Tolo News” kanalına ABŞ-Taliban razılaşması ilə bağlı danışan xüsusi nümayəndə bildirib ki, Pentaqon ordusu 20 həftə içində Əfqanıstandan çıxacaq. Onun sözlərinə görə, məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Amerika əsgərlərinin geri çəkilməsi qarşılığında Taliban da Əfqanıstanı ABŞ əsgərləri və müttəfiq ölkə əsgərlərini hədəf alan hücumların mərkəzi olaraq istifadə etməməyi öhdəlik kimi öz üzərinə götürür.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandakı mövcud əsgər sayı təxminən 14 mindir.

Xatırladaq ki, ABŞ ordusu 2001-ci ildə Əfqanıstana daxil olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm