SON DƏQİQƏ: İki təyyarə havada TOQQUŞDU
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: İki təyyarə havada TOQQUŞDU

Rusiyanın Lipetsk şəhərində təyyarə qəzası baş verib.

Publika.az “Vesti”yə istinadən xəbər verir ki, iki SU-34 döyüş qırıcı-bombardmançı hərbi təyyarəsi səmada təlim uçuşu zamanı toqquşub.

Qəzaya səbəb pilotların bir-birini gözdən itirməsi olub.

“İzvestiya”ın xəbərinə görə, təyyarələr ciddi texniki zədə alsa da, yerə sağ-salamat enməyi bacarıblar. Hadisə zamanı pilotlar xəsarət almayıb.

Qırıcı bombardmançılar Rusiya Müdafiə Nazirliyinin Aviasiya Kadrları Hazırlığı və Hərbi Sınaqları Dövlət Mərkəzinə aiddir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm