Rus qubernatorundan Stiven Spilberqə dəvət: ”Gəl bizim dinozavrlara da bax”
Bizi izləyin

Dünya

Rus qubernatorundan Stiven Spilberqə dəvət: ”Gəl bizim dinozavrlara da bax”

Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleev dünyaşöhrətli rejissor Stiven Spilberqə dəvət yollayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda tanınmış Hollivud rejissoru Stiven Spilberq “Yura dövrü parkı”(“Jurassik Park”) filminin 4-cü hissəsini çəkir. Dinozavrlar haqda olan filmin əvvəlki 3 hissəsi geniş tamaşaçı kütləsi tərəfindən izlənərək bütün reytinq rekordlarını qırmışdı.

Elə Kemerovo vilayətinin qubernatoru Aman Tuleev də məşhur rejissoru bu səbəbdən Rusiyaya dəvət edir. İş ondadır ki, Kemerovo ərazisində arxeoloqlar “tutuquşu-dinozavr”ların qalıqlarını aşkarlayıblar. Dinozavrların bu növü “Psittikozavr” adlanır. Bu heyvanlar 125 milyon il bundan qabaq yaşayıb və dünyanın digər regionlarında rast gəlinmir. Odur ki, qubernator rejissordan Sibir dinozavrları ilə də maraqlanmağı xahiş edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm