Kərkükdə 10 azərbaycanlı uşaq acından öldü
Bizi izləyin

Dünya

Kərkükdə 10 azərbaycanlı uşaq acından öldü

İraq-Türkman cəbhəsinin lideri Ərşad Salehi Təlafər türkmanlarının böyük faciə ilə qarşı-qarşıya olduğunu bildirib.

Axar.az xəbər verir ki, Salehi hücumlar nəticəsində və ərzaq ehtiyatının olmaması səbəbindən 10 azyaşlı uşağın öldüyünü bildirib.

Qeyd edək ki, Salehi Kərkükdə partiyasının ümumi mərkəzində təşkil etdiyi mətbuat konfransında çıxış edərək “Ölkədə yaşanan hadisələr ucbatından öz yurdlarını tərk edən türkmanlar çadırlarda, yol kənarlarında gecələyir. Artıq bir neçə gün ərzində 10 körpə həyatını itirib. Bu hadisəyə türk dövlətləri, dünya ölkələri biganə qalmamalıdır”, - deyə bildirib.

Onu da bildirək ki, cəbhə lideri müharibə başlayandan indiyədək 300 min türkmanın (İraq azərbaycanlısı) qaçqın düşdüyünü deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm