Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO
Bizi izləyin

Dünya

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.

Publika.az xəbər verir ki, hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində “təmsilli məzarlıq” yaradılıb.

Bununla sentyabrın son həftəsində BMT Baş Assambleyası iclasları çərçivəsində toplaşacaq dünya liderlərinə uşaqların qorunması çağırışı edilib.

UNICEF-in direktoru Henrietta Fore verdiyi açıqlamada hər zaman ümidin simvolu olan məktəbli çantasının bu dəfə məzar daşı olduğunu və bu formada savaşlarda ölən uşaqlara diqqət çəkmək istədiklərini ifadə edib.

BMT-nin hesabatına görə, ötən il müharibədə 12 mindən çox uşaq ölüb, yaralanıb və ya şikəst qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm