Moskva terrorçuları aviasiya ilə təmin edə bilər
Bizi izləyin

Dünya

Moskva terrorçuları aviasiya ilə təmin edə bilər

Terrorçular Ukraynadan müsadirə edilmiş təyyarələr və “Qrad” reaktiv yaylım atəş sistemlərindən məhv edilə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə anti-terror əməliyyatı mərkəzinin mətbuat katibi Aleksey Dmitraşkovski bildirib.

“Bütün təyyarələrimiz bizdədir. Terrorçularda bizim təyyarəmiz yoxdur. Amma Rusiyada Ukraynadan müsadirə olunan hərbi texnika var. Bu hərbi texnika Krımdan Rostov vilayətinin Millerovo rayonuna aparılıb”, -A.Dmitraşkovski deyib.

Onun sözlərinə görə, müsadirə olunan hərbi texnika arasında təyyarələrlə yanaşı, 15 ədəd “Qrad” reaktiv yaylım atəş sistemi də var.

Bir gün əvvəl isə Luqansk separatçılarının liderlərindən biri İqor Plotnikiy onların əlində də tezliklə aviasiyanın olacağını bildirib. “Ukrayna hərbi təyyarəsi “Su-25”i ələ keçirmişik. O, yüngül təmirdən sonra istifadə olunacaq. Luqansk Xalq Respublikasının, nəhayət, öz aviasiyası olacaq”, - İ.Plotnikiy söyləyib.

Lakin antiterror güclərinin qərargahından bu informasiya təkzib edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm