Səudiyyə Ərəbistanına ard-arda DƏHŞƏTLİ HÜCUMLAR EDİLDİ - FOTOLAR
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanına ard-arda DƏHŞƏTLİ HÜCUMLAR EDİLDİ - FOTOLAR

Dünyanın ən çox gəlir əldə edən şirkəti “Aramco”nun Səudiyyə Ərəbistanının Abkayk şəhərindəki iki neft emalı fabrikində böyük partlayışlar meydana gəlib.

Publika.az xəbər verir ki, gecə 04:00 radələrində fabriklərə Pilotsuz Uçuş Aparatları vasitəsilə hücum edildiyi bildirilir.

“Röyters”in xəbərinə görə, Abkaykdakı hücumdan bir neçə dəqiqə sonra Qüreyş şəhərindəki neft emalı təsisi də bir dron tərəfindən hücuma məruz qalıb. Qüreyşdəki neft emalı fabriki ölkənin ən böyük ikinci təsisidir.

Rəsmi media partlayışlardan sonra meydana gələn yanğınların nəzarətə alındığını bildirir.

Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm