İsraildə parlament seçkiləri keçilir
Bizi izləyin

Dünya

İsraildə parlament seçkiləri keçilir

Bu gün İsraildə knessetə (parlament) 22-ci çağırış növbədənkənar seçkilər keçirilir.

Publika.az xəbər verir ki, seçkilərə ilk 30 partiya qatılıb.

Lakin səsvermənin başlamasına bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina edib.

Qeyd edək ki, seçkiyə qatılanlar knessetdə 120 yer uğrunda mübarizə aparacaqlar. Seçki yarışının Netanyahunun "Likud" partiyası ilə Baş qərargah rəisi Benni Qantz liderliyindəki Mavi-Bəyaz İttiafaqı arasında keçəcəyi təxmin edilir.

Bu seçkilər baş nazir Binyamin Netanyahunun siyasi karyerası və Fələstinin gələcəyi baxımından böyük önəmə sahibdir. İsrail vətəndaşı fələstinli seçicilərin prosesdə iştirak edib-etməyəcəyi isə maraqq dairəsindədir.

Ölkədəki 6 milyon 394 mindən çox seçici 120 mandatlı parlamentə gedəcək millət vəkillərini seçmək üçün bu il ikinci dəfə sandıq başına keçir.

İsrail baş naziri Binyamin Netanyahu öz səsini həyat yoldaşı Sara Netanyahu ilə yerli vaxtla 08:30-da Qərbi Qüdsdəki bir məktəbdə verəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm