Dünya
Sünni ərəblər İŞİD-ə qarşı birləşdilər
İraq və Şam İslam Dövləti
qruplaşmasının işğal etdiyi ərazilərdə müsəlman məqbərələrini
dağıtması sünni ərəb tayfalarını narazı
salıb.
Publika.az-ın məlumatına görə, terrorçu qrupun
Suriya və İraq torpaqlarında xələfəlik elan edənə qədər onları
dəstəkləyən sünni müsəlmanlar və silahlı qruplar İŞİD-ə qarşı
mübarizəyə başlayıb.
Son olaraq, 23 iyunda İordaniya sərhədindəki
Terbil sərhəd qapısını ələ keçirən İŞİD yerli əhalidən dəstək
görməyəndən sonra müdafiə mövqeyinə keçib.
Suriya və İraq ordusunun keçirdiyi əməliyyatlarda
günü-gündən zəiflənən İŞİD-ə qarşı kürd silahlıları da hərəkətə
keçib. Son məlumatlara görə, peşmergələr Saidiye vilayətini geri
qaytarmaq üçün hazırlıqlar görür. Artıq İŞİD silahlıları Terbil,
Vəlid, Rutba, Latifiyə və Mikdadiyədən geri çəkilmək
məcburiyyətində qalıb.
Başqa tərəfdən isə İŞİD-in nəzarətində Mosul,
Tikrit və Ənbarda humanitar böhranın yaşanması yerli əhalinin
etirazlarını intensivləşdirib. Mosulun tayfa liderləri IŞİD-dən
elektrik və maye yanacaq böhranının tez həll olunmasını tələb
ediblər.
Qeyd edək ki, İraqda qısa müddətdə bir çox bölgəni
ələ keçirən İŞİD-i Ənsar Əl-İslam, Nəqşibəndi Ordusu, İraq İslam
Ordusu, İraq Tayfa Devrimçiləri və 1920 İnqilab Briqadaları adlı
təşkilatlar dəstəkləyib. Ancaq İŞİD lideri Əbubəkr əl-Bağdadinin
xəlifəlik elanı, əldə edilən pul və neftin bölüşdürülməsi
istiqamətində çıxan narazılıqlar sözügedən silahlı qruplaşmaların
İŞİD-ə qarşı səfərbər edib.
Bu arada məlum olub ki, İŞİD İsrail və ABŞ
istehsalı olan son texnologiyalardan istifadə edir. Belə ki,
Əbubəkr əl-Bağdadi Mosulda cümə xütbəsi oxuyarkən İŞİD əlindəki
güclü texnologiya vasitəsi ilə şəhərdəki bütün cib telefonlarının
siqnallarını kəsib.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR