Daha bir müsəlman ölkəsində orduya müharibə ƏMRİ VERİLDİ
Bizi izləyin

Dünya

Daha bir müsəlman ölkəsində orduya müharibə ƏMRİ VERİLDİ

Küveyt ölkənin təhlükəsizliyinin müdafiəsi məqsədilə orduya təlimat verib.

Publika.az xəbər verir ki, Küveytin Daxili işlər naziri, Baş nazirin köməkçisi və Müdafiə nazirinin köməkçisi Sabah Xalid Əl-Həmid Əs-Sabah orduya ölkənin təhlükəsizliyini və sabitliyini pozacaq bütün təhlükələrə qarşı müdafiə olunmaq üçün ən üst səviyyədə hazır olmasını tapşırıb.

Küveytin KUNA rəsmi xəbər agentliyinin məlumatına görə, nazir Baş qərargah rəisi Məhəmməd Əl-Xıdır ilə birlikdə orduya aid bəzi birlikləri ziyarət edib. Bu əsnada Əl-Xıdır da ölkənin sabitliyini poza biləcək təhlükələrə qarşı ayıq-sayıq olması üçün orduya tapşırıqlar verib.

Qeyd edək ki, ötən həftə paytaxt Küveytin sahil qismində bir Pilotsuz Uçuş Aparatının uçduğunu görən hökumət bundan sonra təhlükəsizliyi ən üst səviyyəyə çıxarıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm