Çexlərdən ermənilərə böyük təhqir
Bizi izləyin

Dünya

Çexlərdən ermənilərə böyük təhqir

Bu günlərdə İrəvan-Praqa reysinin sərnişinlərinə Rusiya miqrasiya kartlarının paylanması erməni ictimaiyyətində ciddi narahatçılığa səbəb olub.

Publika.az-ın məlumatına görə, bu, erməni şərhçilərini ölkənin beynəlxalq imici barədə yenidən düşünməyə məcbur edib.

Erməni şərhçi Akop Badalyan bu gün yazdığı məqaləsində bildirir: “Bu, avropalılarda Ermənistana qarşı formalaşmış münasibətlərdən xəbər verir. Artıq Ermənistan Rusiya ilə eyniləşdirilir. Problem də ondadır ki, avropalıların Ermənistanla Rusiyanı eyniləşdirmək üçün əllərində əsas çoxdur”.

Badalyan daha sonra vurğulayıb: “İyirmi il ərzində Erməistanda ölkənin gələcəyini Rusiyadan ayrı şəkildə təsəvvür edən görüş formalaşmayıb. Üstəlik, son illərdə Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün mümkün və qeyri-mümkün hər şey edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm