SON DƏQİQƏ: dəhşətli hadisə baş verdi, 30 ölü, onlarla yaralı var (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: dəhşətli hadisə baş verdi, 30 ölü, onlarla yaralı var (YENİLƏNDİ)

Əfqanıstanın şərqində yerləşən Nəngərhar mahalında yerli vaxta 01:30-da gerçəkləşdirilən aviazərbələrin qurbanlarının sayı dəqiqləşib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 30 tarla işçisi həlak olub, 40 nəfər yaralanıb.

Aviahücum ABŞ-Əfqanıstan ortaq hava əməliyyatı çərçivəsində olub. Hücumun hədəfi İŞİD militanları olsa da, “yanlışlıqla” tarlada fıstıq toplayan dinc sakinlər qurban gedib.

***

12:13

Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinə avia-zərbələr endirilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 30 mülki şəxs ölüb, onlarla yaralı var.

Hücumun məsuliyyətini hələ ki, heç kim öz üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ-la Taliban arasında başlayan danışıqlar ötən həftə dayandırılmışdı. Bunun ardınca prezident Əşrəf Qaninin seçki mitinqində bomba partladılmış, nəticədə 24 nəfər ölmüş, 31 nəfər yaralanmışdı.

Bu gün səhər saatlarında isə kəşfiyyat xidmətinin binası qarşısında bomba partladılması nəticəsində 20-ə yaxın insan ölüb, 100-ə yaxınə isə yaralanıb.

Talibanın mətbuat katibi Zəbihullah Mücahid danışıqların dayandırılmasından dərhal sonra "amerikalılar görüşləri ləğv etdiyi üçün hər kəsdən çox əzab çəkəcək” sözlərini demişdi. Müzakirələrin dayandırıldığı gündən bəri Əfqanıstanda 300-ə yaxın insan hücumların qurbanı olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm