Əfqanıstanın yeni prezidenti bəlli oldu
Bizi izləyin

Dünya

Əfqanıstanın yeni prezidenti bəlli oldu

Əfqanıstanda prezident seçkilərinin nəticəsi açıqlanıb.

Publika.az-ın məlumatına görə, iyunun 14-də Əfqanıstan İslam Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib.

Səsvermənin ikinci turunda mübarizə sabiq xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Gani Ahmedzey arasında aparılıb.

İyulun 7-də Əfqanıstan Azad Seçki Komissiyası səsvermənin nəticələrini açıqlayıb.

Bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin 56,49 faizi Ə.G. Ahmedzeyə, qalanları isə A.Abdullaha etimad göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm