Laricani: “İran “qırmızı xətt”i keçməyəcək”
Bizi izləyin

Dünya

Laricani: “İran “qırmızı xətt”i keçməyəcək”

Vyanada böyük altılıqla müzakirələrə qatılan İslam Şurası Məclisinin rəhbəri Əli Laricani İranın nüvə silahı ilə bağlı müzakirələrdə qırmızı xətti keçməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının spikeri Seyid Hüseyn Nakavi Əli Laricaniyə istinadən edərək İran mətbuatına verdiyi açıqlamada İran nüvə heyətinin bu zamana qədər edilən müzakirələrdə qırmızı xətləri aşmadığını və aşmayacağını bildirib. O, buna baxmayaraq, istənilən vəziyyətdə nəticə alınması üçün müzakirələri davam etdirəcəyini vurğulayıb.

Nakavi Hüseyni məclisin dünənki iclasında etdiyi açıqlamada qərblilərin İranın nüvə haqlarını əlindən almaq istədiyini, ancaq müvəffəqiyyətli ola bilmədiklərini və İran İslam Respublikasının güclü bir şəkildə nüvə haqlarını müdafiə etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mövzuda razılıq əldə olunması üçün tərəflərin 20 iyul tarixinə qədər fürsəti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm