Dünya
Rusiyadan müstəqil Kürdüstan xəbərdarlığı
Rusiya müstəqil Kürdüstan dövlətinin
yaranmasını istisna etmir.
ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər
nazirinin müavini Mixail Boqdanov "Ria Novosti"yə verdiyi
açıqlamada terrorçu qrupların Yaxın Şərqi təhdid altında
saxladığını bildirib:
"İraqın parçalanması vəziyyətində müstəqil
Kürdüstan ortaya çıxacaq. Rusiya olaraq İraqın ərazi bütövlüyünü
dəstəkləyirik. Ancaq Moskva terror qruplarının ölkəni parçalamağa
aparması vəziyyətində müstəqil Kürdüstanın yaranmasını istisna
etmir".
İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət
edilməsi lazım olduğunu bildirən Rusiya rəsmisi Yaxın Şərqin
xəritəsinin dəyişə biləcəyini bildirib: "Terrorçuların hücumları
nəticəsində yalnız İraqda deyil, Yaxın Şərqin digər ölkələrində də
ifrat tərəfdarı və islam ideologiyasına söykənən dövləti ortaya
çıxa bilər".
Boqdanova görə, İraqda xəlifəliyi elan Iraq və Şam
İslam Dövləti Suriya, Livan, Fələstin və İordaniyanı də ələ
keçirib, geniş bir coğrafiyada fəaliyyət qurmaq
istəyir:
"Rusiya, beynəlxalq təşkilatlar, bölgə ölkələri və
yerli qruplarla görüşərək İraqın bütövlüyünün qorunmasına
çalışır".
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti