Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü - YENİLƏNDİ

Tailandın şimal-şərqində pikapın iştirakıyla baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 17-yə çatıb.

Publika.az “RİA-Novosti” agentlyinə istinadən xəbər verir ki, bu haqda yerli polisə istinadən “Thaiger” internet portalı bildirib.

Pikapın arxa hissəsində oturmuş 12 tələbə hadisə yerində həlak olub, daha 5 nəfər ağır zədələrə görə xəstəxanada ölüb.

14:49

Tailandda kollec tələbələrini aparan avtomobilin aşması nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə yarı baş verən hadisə zamanı ölən və yaralananlar Sisaket Texniki Kollecinin tələbələri olub.

Onları aparan yük avtomobili Samut Prakarn vilayətində yolda hərəkətdə ikən anidən aşıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm