Terrorçuların əlində nə qədər ərazi qalıb? – Xəritə
Bizi izləyin

Dünya

Terrorçuların əlində nə qədər ərazi qalıb? – Xəritə

“Antiterror əməliyyatların başlanmasından bu yana terrorçuların nəzarəti altındakı ərazi iki dəfə azalıb”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko brifinqdə deyib.

Onun sözlərinə görə, terrorçular son günlərdə üzləşdiyi uğursuzluqlardan sonra “mina müharibəsi”nə başlayıblar.

“Terrorçuların hücumları və diversiya hərəkərləri də fasilə vermir. Son gün ərzində qanunsuz silahlı qruplaşmalar Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə 12 dəfə atəş açıb. Terrorçuların tankları Luqansk aerodromunu atəşə tutub. Ukrayna hərbçiləri arasında itki yoxdur”, - A.Lısenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm