Putin: "Tramp verdiyi sözə əməl etmədi"
Bizi izləyin

Dünya

Putin: "Tramp verdiyi sözə əməl etmədi"

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmağın zəruriliyi ilə bağlı seçkiqabağı bəyanatları yerinə yetirilmədi.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Əl Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində deyib.

“Biz çox yaxşı bilirik ki, ABŞ Prezidenti cənab Tramp Rusiya-ABŞ münasibətləri barəsində nə və necə danışır. Bilirik ki, seçkiqabağı kampaniya zamanı o, normallaşmaqdan danışırdı, təəssüf ki, bu olmadı. Amma biz şikayət etmirik, çünki ABŞ-ın daxili siyasətində nələrin baş verdiyini görürük. Və daxili siyasi gündəm hazırkı prezidentin Rusiya-Amerika münasibətlərini kökündən yaxşılaşdırmaq üçün addımlar atmasına imkan vermir”, - Putin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm