Dünyanın 90 faizini işğal etmiş ölkə
Bizi izləyin

Dünya

Dünyanın 90 faizini işğal etmiş ölkə

İngiltərə tarixi boyu 170 ölkəni işğalı altına ala bilib.

Axar.az xəbər verir ki, dünyada mövcud olan 192 ölkədən yalnız 22 ölkə tarixləri ərzində İngiltərə müstəmləkəçiliyi altında olmayıb.

İngiltərənin "Telegraph" qəzetinin yaydığı məlumatda tarix boyunca ingilislər dünya ölkələrinin 90 faizini işğal edə biliblər.

Xəritədə ağ rənglə göstərilən ölkələr ingilis işğalının şahidi olmayıb.

Tarixləri boyunca İngiltərə müstəmləkəçiliyi altında yaşamamış 22 ölkə aşağıdakı kimidir: Andorra, Belarus, Boliviya, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Qvatemala, Fil Dişi Sahili, Qırğızıstan, Lixtenşteyn, Lüksemburq, Mali, Marşal Adaları, Monako, Monqolustan, Paraqvay, İsveç, Tacikistan, Özbəkistan, Vatikan və Sao Tom adaları.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm