Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO (YENİLƏNDİ)

Çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarından çıxarılmalıdır.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

"Tarixi razılaşmaya imza atdıq. Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - Ərdoğan bildirib.

Tel Rıfat və Münbiçdəki bütün YPG terrorçuları da silahları ilə birlikdə bölgədən çıxarılacaq.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Rəsulayn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

Vladimir Putin Suriyada separatçılıq əhval-ruhiyyəsinin artmasına görə narahatlığını ifadə edib.

"Bu regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük", - deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib.

Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.

Qeyd edək ki, prezidentlərin görüşü 6 saat davam edib.

***

17:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü başa çatıb.

Publika.az xəbər verir ki, görüşdən sonra liderlərin ortaq mətbuat konfransına qatılacağı gözlənilir.

***

“Siz Rusiyaya gəldiniz, hava nə qədər gözəl oldu”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki Prezident Sarayının qarşısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən deyib.

Ərdoğan isə həmkarına “hava çox gözəldir” sözləri ilə cavab verib.

Qeyd edək ki, Ərdoğanı Xarici işlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar və mətbuat katibi İbrahim Kalın müşayiət edir.

***

15:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.

Publika.az xəbər verir ki, görüş Soçidə keçirilir.

Ərdoğan görüşdən əvvəl “bu dəvətin bölgədə fayda təmin edəcəyinə inanıram. Etdiyimiz çox faydalı görüşlər oldu. İkili münasibətləri də müzakirə etmək fürsətimiz olacaq. Bu vəsilə ilə sülhün çox daha güclü şəkildə müzakirə edilməsi fürsəti yaranacaq. Bu görüşün “Sülh çeşməsi” hərəkatına ciddi fürsətlər təqdim edəcəyinə inanıram" açıqlamasını verib.

Putin isə “son illərdə münasibətlərimizin gəldiyi səviyyənin bu gün bölgəmizdəki bütün problemlərin həll edilməsinə yardımçı olacağına inanıram. Bölgədəki vəziyyətlə bağlı dəyişik dinamika var. İnanıram ki, bu görüş və müzakirələr faydalı olacaq” deyib.

Qeyd edək ki, iki lider Suriyanın şimalında gerçəkləşdirilən “Sülh çeşməsi” hərəkatı, təhlükəsiz bölgə və YPG-çilərin Münbiç, Eyn əl-Ərəbdən çıxarılması məsələlərini müzakirə edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm