Nazirlərin görüşü başa çatdı: NATO-dan yeni TÜRKİYƏ QƏRARI
Bizi izləyin

Dünya

Nazirlərin görüşü başa çatdı: NATO-dan yeni TÜRKİYƏ QƏRARI

NATO üzvü olan 29 ölkənin Müdafiə nazirlərinin Belçikanın paytaxtı brüsseldə keçirilən 2 günlük sammiti başa çatıb.

Publika.az xəbər verir ki, zirvədən sonra jurnalistlərin suallarını cavablandıran baş katib Yens Stoltenberq Türkiyənin Suriyadakı əməliyyatlarının müzakirə olunduğunu bildirib: “NATO üzvləri arasında bu mövzuya dair fikir ayrılığı var. Lakin alyans bölgə üçün həll yolu axtaracaq. Almaniya təhlükəsiz bölgə üçün beynəlxalq dəstək təklifini irəli sürdü və bu, müsbət qarşılandı”.

Suriya əməliyyatlarına qarşı reaksiya göstərilsə də, NATO Türkiyəyə hərbi dəstəyi davam etdirəcək.

“Röyters”ə açıqlama verən NATO diplomatlarından biri “NATO-da işlərin daha da pisləşməməsi üçün ortaq mübarizə var. Türkiyə ABŞ prezidenti Donald Trampdan sonra ittifaq üzərində yeni təzyiq yaradıb. Lakin Türkiyə itirilməyəcək qədər əhəmiyyətli ölkədir” sözlərini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm