Alt paltarında İŞİD-ə 20 min avro aparan gözəl - FOTO
Bizi izləyin

Dünya

Alt paltarında İŞİD-ə 20 min avro aparan gözəl - FOTO

27 yaşlı qadın London hava limanında saxlanılıb. Onun alt paltarından 20 min avro tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri Londonda yayımlanan "Evening Standard" qəzeti manşetə çıxarıb. Xəbərdə qeyd olunur ki, Londondan İstanbula getmək istəyən Naval Msaadın üzərində aparılan axtarış zamanı onun alt paltarından 20 min avro tapılıb. Həmin pulların Suriyadakı silahlılara aparıldığı məlum olub.

Gənc qadın polisə verdiyi izahatı zamanı pulu anasına apardığını və ona ziynət əşyası alacağını deyib. Polis isə yaydığı məlumatda Naval Msaadın pulu İŞİD qruplaşmasına apardığını bildirib. Naval Msaad isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, qəzet Avropadan Suriyaya bütün səfərlərin təxirə salındığını və Suriyaya getmək üçün yeganə yolun Türkiyədən keçdiyini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm