Argentina yeni prezidentini seçdi
Bizi izləyin

Dünya

Argentina yeni prezidentini seçdi

Argentinanın yeni prezidenti məlum olub.

Publika.az xəbər verir ki, qeyri-rəsmi məlumata görə, səslərin 47,86%-ni toplayan Hər kəsin Cəbhəsi Koalisiyası ilk turun qalibi olub.

Belə ki, 34 milyona yaxın seçicinin yaşadığı Argentinaya 2019-2023-cü illərdə rəhbərliyi koalisiyanın namizədi Alberto Fernandez edəcək. O, dekabr ayında postunu təhvil alacaq.

Seçkilərdə iştirak edən dövlət başçısı və Dəyişiklik üçün Birlikdə Koalisiyasının lideri Maurisio Makri isə 40,64% səs toplayıb.

Argentina qanunvericiliyinə görə, bir namizədin dövlət başçısı seçilməsi üçün seçkilərin ilk turunda səslərin 45%-ni toplaması və ya ona ən yaxın namizəddən 10% artıq səs toplayaraq səslərin 40%-ni toplaması mütləqdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm