Məktəbə 2 milyon ödəyənlər pulsuz təhsil alacaq - Parlamentdən qərar
Bizi izləyin

Dünya

Məktəbə 2 milyon ödəyənlər pulsuz təhsil alacaq - Parlamentdən qərar

Cənubi Koreyada lisey təhsili pulsuz olacaq.

Publika.az xəbər verir ki, bu barədə parlament qərar qəbul edib.

Qərara əsasən, liseylərə qeydiyyat və təhsil xərcləri mərhələli şəkildə aradan qaldırılacaq. İlk mərhələdə 2 və 3-cü sinif şagirdləri 2020-ci ildən etibarən qeydiyyat və təhsil xərci ödəmədən dərslərinə davam edəcək. 1 və 4-cü siniflər isə 2021-ci ildən bu mərhələyə qoşulacaq.

Cənubi Koreyada ictimai məktəblərdə yalnız ibtidadi və orta məktəb səviyyəsində pulsuz təhsil verilir. Lisey şagirdləri isə ildə orta hesabla 1 milyon 580 min von (2 milyon 312 min 417 manat) pul ödəmək məcburiyyətindədir.

Plan sayəsində gələn il 880 min şagird, 2021-ci ildə isə 1 milyon 260 min şagird pulsuz təhsildən yararlana biləcək.

Qeyd edək ki, Cənubi Koreyada bir çox ölkələrdə olduğu kimi təhsil ibtidai sinif, orta ümumtəhsil, tam ümumtəhsil və ali təhsil pillələrindən ibarətdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm