Ruslara qarşı belorus batalyonları döyüşə atılacaq
Bizi izləyin

Dünya

Ruslara qarşı belorus batalyonları döyüşə atılacaq

Ukrayna ordusu tərəfində rus terrorçuları ilə döyüşə atılmaq istəyən çoxsaylı beloruslar üçün xüsusi batalyon təşkil olunub.

Publika.az “Belopan” agentliyinə istinadən verdiyi xəbərə görə, belorusların batalyonu “Poqonya” adlanacaq. Döyüşçülər hərbi hazırlığı Volın vilayətində keçəcəklər.

Volın vilayət rəhbərliyinin məlumatına əsasən, batalyona daxil olmaq könüllüdür: ”Hazırda Ukraynanın suverenliyi uğrunda “Azov”, “Aydar”, “Donbas” batalyonlarında xeyli Belorus vətəndaşı vuruşur.

Yeni yaradılmış “Poqonya “ batalyonunda isə artıq 5 beloruslu hərbi və taktiki hazırlıq keçir. Ancaq qoşulmaq istəyənlərin sayı çoxdur”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm