Suriyaya cihada gedən britaniyalı yeniyetmələrin sayı artır
Bizi izləyin

Dünya

Suriyaya cihada gedən britaniyalı yeniyetmələrin sayı artır

“Britaniyalı yeniyetmələr Bəşər Əsəd rejimi ilə döyüşməyə könüllü surətdə gedirlər”.

Publika.az xəbər verir ki, Suriya müxalifəti tərəfində döyüşənlərdən biri “Sky News” kanalına müsahibəsində belə deyib.

Özünü Yılmaz adlandıran şəxs bildirib ki, əvvəllər Hollandiya ordusunda xidmət edib. Sonralar 2 il qocalar evində xidmətçi işləyib. Hazırda isə 2 ildən artıqdır, Suriyaya Bəşər Əsəd rejimi ilə döyüşməyə gələn 16-20 yaşlı britaniyalılara hərbi təlim keçir: “Britaniya hökuməti Azad Suriya Ordusunu dəstəkləyir, təhciz edir. Mən də bacardığım kimi kömək edirəm”.

Yılmaz deyir ki, Suriyaya getmək çox asandır: ”Adamlar məzuniyyət götürür, nəticədə burda peyda olurlar. Yeniyetmələri bura gətirən səbəb romantikadı. “YouTube” və digər sosial şəbəkələrdə olan çoxsaylı videoçarxlar da, sözsüz ki, rol oynayır”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm