Baş nazir barəsində 3 maddə ilə cinayət işi açıldı - Ayın sonunda...
Bizi izləyin

Dünya

Baş nazir barəsində 3 maddə ilə cinayət işi açıldı - Ayın sonunda...

İsrail Baş Prokurorluğu Baş nazir Benyamin Netanyahu haqqında açılan 3 cinayət işinə görə məhkəmə prosesi başladacağına dair qərar verəcək.

Publika.az xəbər verir ki, baş prokuror Aviçay Mandelblit bu ayın sonunda qərarı açıqlayacaq.

Benyamin Netanyahu haqqında üç ayrı cinayət işi açılıb: vəzifədən sui-istifadə, rüşvət və vəzifəsindən mənfi istiqamətdə istifadə etmək.

Baş nazir Şaul Elovitçin sahibi olduğu “Bezeq” media şirkətinə aid "Walla News" adlı intenet saytında ailəsinin lehinə xəbər dərc edilməsi üçün 276 milyon dollar dəyərində imtiyaz təmin edib. Bundan başqa, 2007-2016-cı illər arasında iş adamlarından “hədiyyə” adı altında 283 min dollar dəyərində şampan, cəvahirat və təyyarə bileti alıb.

İsrail qanunlarına görə, haqqında istintaq və məhkəmə prosesi başlansa belə, baş nazir vəzifəsinə davam edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm