Erməni müxalifəti ümummilli etiraz aksiyası keçirəcək
Bizi izləyin

Dünya

Erməni müxalifəti ümummilli etiraz aksiyası keçirəcək

Ermənistanın “Orinas yerkir” Partiyası ümummilli mitinqin keçirilməsi barədə qərar qəbul edib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, 18 iyulda keçiriləcək mitinqdə elektrik enerjisi tariflərin artırılmasına etiraz ediləcək.

"Orinas yerkir" Ermənistanın bütün siyasi güclərini Yerevanda qarşıdakı mitinqə qoşulmağa çağırdı

Partiya sədri Artur Baqdasaryan Ermənistanın bütün müxalif siyasi güclərini mitinqə qoşulmağa çağırıb: “Bu mitinq yalnız “Orinas yerkir” Partiyasının mitinqi deyil. Elektrik enerjisi tariflərinin artımı bütün erməni xalqını narahat edir. İndiki ağır ictimai-iqtisadi şəraitdə elektrik enerjisinin bahalaşması qəbuledilməzdir”.

“Bütün siyasi gücləri, vətəndaş və ictimai təşkilatları bizə qoşulmağa və etiraz səsini qaldırmağa çağırırıq. Kimlər bizə qoşulacaq, bu, onların hüququdur”, - partiya sədri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm