Kremldən nüvə xəbərdarlığı: “Bunu ağıllarına belə gətirməsinlər”
Bizi izləyin

Dünya

Kremldən nüvə xəbərdarlığı: “Bunu ağıllarına belə gətirməsinlər”

“Rusiya heç kimə Krıma silahlı hücum və ya onun Ukraynaya qaytarılması barədə düşünməyi belə məsləhət görmür”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı Federikoy Moqerini ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Mən heç kəsə bunu etməyi məsləhət görməzdim. Rusiyanın milli təhlükəsizlik doktrinasında bu cür hərəkətlərin hansı cavab tədbirləri ilə alınacağı çox aydın yazılıb”, - Lavrov bildirib.

Qeyd edək ki, Rusiyanın 2009-cu ildə qəbul etdiyi hərbi doktrina ona nüvə silahından istifadə etməyə icazə verir.

Hərbi doktrinada əks olunan milli təhlükəsizlik konsepsiyasında olan tezisə görə, Moskva adi silahdan istifadə etməklə genişmiqyaslı aqressiyaya cavab olaraq nüvə silahından birinci istifadə edə bilər. “Rusiya prezidenti Vladimir Putin Krımı əlində tutmaq üçün heç bir şansa malik deyil”.

Ukraynanın ötən həftə təyin olunan yeni müdafiə naziri Valeriy Qeletey ilk bəyanatında çox iddialı danışıb. O, Sevastopolda qələbə paradını keçirəcəyinə söz verib.

Ötən həftə həmçinin Polşanın keçmiş prezidenti Lex Valensa ölkəsinin ictimai kanalına müsahibəsində Rusiya Krımı daha sürətlə Ukraynaya qaytaracağını bildirib.

“Putin öz təxəyyülünə müvafiq olaraq hərəkət edə, sərhədləri bağlaya və ya tankları göndərə bilər. Amma bu gün başqa bir dünyada yaşayırıq. Rusiya Krımı qaytaracaq. Axı biz tanklar deyil, ağıl və danışıqlar dünyasında yaşayırıq”, - L.Valensa bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm