Dünya
Makler tələbə qızın başını kəsdi
Lipetsk şəhər məhkəməsi tələbə qızı doğrayaraq qətlə yetirən iki bacı barədə hökm çıxarıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2013-cü ilin yanvarında şəhər kənarında 23 yaşlı Sofya Lukyanovanın doğranaraq hissələrə bölünmüş meyiti tapılıb.
Tezliklə gənc qadının qətlində şübhəli bilinən Qalina Kolomıçeva və Olqa Pişerova adlı iki bacı həbs edilib.
Kolomıçeva ifadə verərkən deyib ki, 2012-ci il dekabrın 30-da mərhumun evində üçlükdə yeyib-içirmişlər. O, eyvana çıxdıqda bacısı Olqa ilə Sofya arasında mübahisə düşüb. Olqa mərhumu bıçaqla vurub. Qalina səs-küyə içəri qayıdanda bacısının yaralı Sofyanın başını kəsdiyini görüb.
Qalina bacısına qəzəblənsə də, ona meyiti mələfəyə büküb şəhər kənarında basdırmağa köməklik edib.
Cinayətin motivinə gəldikdə isə, ortalıqda mülk məsələsi varmış. Sən demə, Olqanın Lipetskdə daşınmaz əmlak agentliyi var. Mərhum Sofya Lukyanova mənzilini satmaq üçün onu Olqanın adına keçirib. Olqa isə əmlakı tam ələ keçirmək niyyətilə Sofyanı öldürüb.
Məhkəmənin hökmü ilə Olqa Pişerova 13 il müddətinə azadlıqdan məhrum edilib.
İlqar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...