“Terrorçularla danışıqlar masasına oturmayacağıq”
Bizi izləyin

Dünya

“Terrorçularla danışıqlar masasına oturmayacağıq”

“Ukrayna hakimiyyəti özünü müstəqil elan edən “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın nümayəndələri ilə rəsmi danışıqlar aparmayacaq”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezident administrasiyası başçısının müavini Valeriy Çalıy brifinqdə bildirib.

“Terrorçularla rəsmi danışıqlardan söhbət getmir. Bu yolverilməzdir. Amma Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT nümayəndələri və Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın təmsil olunduğu əlaqə qrupu ilə konsultasiyalara hazırıq”, - V.Çalıy deyib.

Xatırladaq, dünən Donetsk şəhər meri Aleksandr Lukyançenko prezident Pyotr Poroşenkonun Svyatoqorskda separatçıların iştirakı ilə danışıqların aparılmasını təklif etdiyini söyləyib.

Mer qeyd edib ki, Ukrayna prezidenti danışıqlarda Rusiyanın iştirakına da razıdır.

“Xalq deputatı Boris Kolesnikovla birlikdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə görüşdük. Biz qeyd etdik ki, Donetskdə hərbi əməliyyatlar zamanı aviasiya və artilleriyadan istifadə etmək mümkün deyil.

Donetskdə qalan 900 mindən çox dinc insanı təxliyyə etmək üçün yer yoxdur”, - Donetsk meri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm