Fransa Azərbaycana raket satacaq
Bizi izləyin

Dünya

Fransa Azərbaycana raket satacaq

Fransa Azərbaycanda orta mənzilli zenit-raket kompleksləri satmaq istəyir.

Publika.az-ın məlumatına görə, bu barədə Fransanın “Intelligence Online” bülletenində bildirilir.

Bülletendə deyilir ki, bu ilin may ayında Azərbaycana səfər etmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin satışını lobbiləşdirib.

Məlumata görə, Fransua Olland Bakıda “Eurosam” konsorsiumu üçün xeyli iş görüb və Xəzərdəki neft yataqlarını qorumaq üçün Azərbaycan rəhbərliyini bu raketləri almağa çağırıb.

Orta mənzilli SAMP/T zenit-raket komplekslərində “Aster 30” idarəolunan zenit raketləri istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm