Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı
Bizi izləyin

Dünya

Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı

Pakistanın Sind əyalətində ildırım vurması nəticəsində azı 23 nəfər həyatını itirib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlər arasında uşaq və qadınlar da var. Məlumata görə, təbii fəlakət zamanı 100-ə qədər insan xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, şiddətli yağışlarla müşahidə olunan ildırım düşməsi zamanı meşəlik ərazidə güclü yanğın baş verib. Nəticədə, yüzlərlə heyvan tələf olub. Yerli dairələr bölgədə təcili vəziyyət elan edərək, bütün iş yerlərinin müvəqqəti bağlanması barədə göstəriş verib.

Sakinlərə vacib olmadıqca iş yerlərini tərk etməmək tövsiyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm