Quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğradı
Bizi izləyin

Dünya

Quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğradı

Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.

“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.

Məlumata görə, pilotlar xilas olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm