
Əfqanıstanda helikopter qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, NATO-nun tərkibindəki ABŞ qoşunlarına aid helikopterin qəza keçirməsi nəticəsində 2 ABŞ əsgəri həlak olub.
Əfqanıstandakı NATO qüvvələrindən verilən açıqlamada hadisənin düşmən təxribatı nəticəsində baş vermədiyi, lakin səbəblərin araşdırıldığı bildirilib.
"Taliban"dan verilən açıqlamada isə ABŞ helikopterinin Loqar vilayətinin Çarx rayonunda terrorçular tərəfindən vurulduğu qeyd edilib.
Zümrüd