İŞİD nüvə silahına yaxındır? – Bağdaddan SOS
Bizi izləyin

Dünya

İŞİD nüvə silahına yaxındır? – Bağdaddan SOS

“İraq Şam İslam Dövləti” (İŞİD) İraqın şimalında universitetdə elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə İraq hakimiyyəti Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. “Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını əl keçirib. Bu kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər”,– məktubda deyilir.

Səfir terrorçular tərəfindən nüvə materiallarının istifadəsi təhlükəsinin qarşısını almaq üçün kömək edilməsini xahişi edib.

ABŞ-dakı bir mənbə isə bildirib ki, bu zənginləşdirilmiş uran deyil və ondan nüvə silahı üçün istifadə etmək çətindir.

Bundan əvvəl isə BM-yə İraqın paytaxtı Bağdadın şimal qərbindəki kimyəvi silah zavodunun İŞİD tərəfindən ələ keçirildiyi barədə məlumat verilib. Məlumatda İraq hökumətinin bölgədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbiylə buradakı kimyəvi silahların məhv etmə sözünü yerinə yetirə bilməyəcəyi qeyd edilib.

Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu parçalar olduğu ifadə edilib.


Qeyd edək ki, Mosul və ətrafını sürətli bir şəkildə ələ keçirən və Bağdadı təhdid edən İŞİD 29 İyunda İraqda xilafət dövləti qurduğunu elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm