Putin Trampla görüşdən niyə qaçır? - SƏBƏB
Bizi izləyin

Dünya

Putin Trampla görüşdən niyə qaçır? - SƏBƏB

Rəsmi Moskva Putinlə Trampın yaxın müddətdə görüşündə perspektiv görmür.

Publika.az-ın məlumatına görə, bu barədə RİA "Novosti" diplomatik mənbələrə istinadla xəbər verir:

"Yeni görüş nəyə lazımdır? Hər görüşdə vəziyyət getdikcə pisləşir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, iki ölkə liderinin Santyaqoda noyabrın 16-17-də keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində (APEC) görüşü planlaşdırılmışdı. Lakin Çilini bürüyən iğtişaşlarla bağlı ölkə prezidenti Sebastian Pinera oktyabrın 30-da sammiti keçirməmək barədə qərar verdi.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri sonuncu dəfə bu ilin 28-29 iyununda Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində görüşüb.

Putin həmkarı ilə görüşünü işgüzar və praqmatik adlandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm