Terrorçuların saxladığı girovların sayı açıqlandı
Bizi izləyin

Dünya

Terrorçuların saxladığı girovların sayı açıqlandı

Ukraynanın Donetsk vilayətində 150 ukraynalı terrorçularda girov saxlanılır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin Donetsk və Luqansk vilayətlərində münaqişənin sülh yolu ilə həlli üzrə səlahiyyətli nümayəndəsi İrina Qeraşenko deyib.

“Udar” Partiyasından olan deputat onlardan 42-nin hərbçi, 2-nin milis, 3-nün sərhəd xidmətinin əməkdaşı, qalanlarının isə mülki şəxs olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu rəqəmin daha yüksək olması istisna olunmur.

Girovların Donetsk vilayətinin dövlət administrasiyası binasının zirzəmisində saxlandığını bildirilir. Bir müddət terrorçuların girovluğunda olan Donetsk Şəhər Şurasının sabiq deputatı Dmitri Verzilov da “Azadlıq” radiosuna açıqlamasında bunu təsdiqləyib.

“Binanın zirzəmisi çox qaranlıqdır. Oradakı yüzlərlə girov acdır, onlara su belə verilmir. Zirzəmiyə birinci mərtəbədən su damcılayır”, – D.Verzilov deyib.

Sabiq deputatın sözlərinə görə, terrorçuların nəzarətində olduğu bir neçə saat onun baxışlarını kəskin şəkildə dəyişdirib: “Düşünürdüm ki, bu insanların həqiqətən də hansısa bir siyasi mövqeyi, proqramı var. Amma mən girovluqda olduğum müddətdə quldurluq gördüm. Sadə insanlar bunu bilmirlər”.

D.Verzilovun sözlərinə görə, terrorçular girovları, sadəcə, pul almaq üçün saxlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm